Ərdoğandan Azərbaycan Prezidentinə məktub: "Əziz qardaşım..."


19:40     25 Dekabr 2018 ilham_aliyev_erdogan_1501157.jpg

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Femida.az-ın xəbərinə görə, məktubda deyilir:

“Cənab Prezident, Əziz Qardaşım.

Doğum gününüz münasibətilə Zati-alinizi xalqım, hökumətim adından və şəxsən öz adımdan ən səmimi hisslərlə və arzularla təbrik edirəm.

Bir tərəfdən öz gücünü ortaq dil, tarix və mədəniyyətimizdən alan qardaşlıq əlaqələrimizin, digər tərəfdən də Azərbaycan Respublikasının qətiyyətli rəhbərliyinizlə gündən-günə inkişaf edərək gücləndiyini məmnunluqla müşahidə edirəm. Türkiyə Respublikası və Azərbaycan Respublikası hər keçən gün bir-birinə daha da yaxınlaşmaqda və əlaqələrimiz güclənməkdədir.

Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Silahlı Qüvvələrinin, Azərbaycan Milli Məclisinin və Qafqaz İslam Ordusunun 100-cü ildönümünü qeyd etdiyimiz bu ildə strateji tərəfdaşlıq səviyyəsindən də daha yüksək səviyyəyə çatdırdığımız əlaqələrimizin rəmzi olan TANAP və “Star” neft emalı zavodu kimi böyük layihələri həyata keçirməyimizdə Zati-alinizin uzaqgörən liderliyinin və mühüm töhfələrinin oynadığı rolu son dərəcə əhəmiyyətli hesab etdiyimi bildirmək istəyirəm.

Zati-alinizə yeni yaşınızda cansağlığı və xoşbəxtlik diləyir, dost və qardaş Azərbaycan xalqına sülh, rifah və əmin-amanlıq arzulayıram”.

Femida.az

Açar sözlər:

Oxunub: 544