Vəkillik imtahanından uğurla keçənlərin NƏZƏRİNƏ!


20:08     25 Dekabr 2018 Vekiller_kollegiyasi_081212.jpg

Vəkillər Kollegiyası vəkilliyə qəbulla bağlı yazılı test mərhələsində uğur qazanmış namizədlərə müraciət edib.
Kollegiyadan Femida.az-a verilən məlumata görə, dekabrın 23-də keçirilən vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsini uğurla keçmiş və şifahi müsahibə mərhələsində iştirak etmək üçün tələb olunan sənədləri təqdim etməmiş namizədlər yanvar ayı ərzində müvafiq sənədləri hazırlayaraq təqdim etməlidirlər. Sənədlərə Kollegiyanın Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə, şəxsiyyət vəsiqəsinin, ali hüquq təhsili barədə diplomun notarial qaydada təsdiq olunan surəti, əmək kitabçasının notarial qaydada və ya iş yerində təsdiq edilmiş surəti, əqli cəhətdən sağlamlıq barədə tibbi arayış, 3x4 və 4x6 santimetr ölçüdə dörd ədəd rəngli fotoşəkil, vəkilin şəxsi məlumat vərəqəsi, tərcümeyi-hal daxildir.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının şifahi müsahibə mərhələsinin vaxtı ilə bağlı namizədlərə əlavə məlumat veriləcək.

Vəkilliyə qəbul üçün təqdim olunmuş sənədlərlə ilkin doldurulmuş ərizə-anket formasında qeyd olunmuş məlumatlar arasında ziddiyyət aşkarlanarsa və ya namizəd vəkilliyə qəbul üçün lazım olan tələblərə cavab verməzsə, növbəti mərhələyə buraxılmayacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1620


Oxşar xəbərlər