Bağlanmış yol sabahdan açılır


20:06     15 May 2015 2c32496cf514b.jpg

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə təmir-tikinti işləri davam etdirilir.


ASC-dən Femida.az-a verilən məlumata görə, kompleks tədbirlərdən biri Yasamal rayonu Müzəffər Həsənov küçəsində həyata keçirilir.

Bir müddətdir nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanan Müzəffər Həsənov küçəsinin Moskva prospekti ilə kəsişməsindən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinə qədər olan 300 metrlik hissəsi sabahdan tam yeni görkəmdə sürücülərin ixtiyarına veriləcək.

Sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınıb, yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə 6500 kvadrat metrlik hissədə yeni asfalt örtüyü salınıb, yol boyu səki daşları yenilənib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, səkilər və yol kənarlarında abadlıq işləri həyata keçirilib.

Bundan öncə işlər Müzəffər Həsənov küçəsinin Şərifzadə küçəsinin kəsişməsindən Dadaş Bünyatzadə küçəsinin kəsişməsinədək olan 350 metrlik hissəsində aparılıb. Sözügedən ərazidə də “Azəryolservis” ASC tərəfindən anoloji işlər görülüb. Burda təqribən 4500 kvadrat metrlik əraziyə yeni asfalt-beton örtüyü döşənib. Müzəffər Həsənov küçəsinin hər iki hissəsində ümumilikdə 1 min paqon-metr yeni səki daşları düzülüb, kommunikasiya xətlərinin 11 baxış qapağı dəyişdirilib.

Analoji işlərin küçənin Dadaş Bünyadzadə küçəsi ilə kəsişməsindən “Şamaxinka” ərazisinə qədər olan hissəsində də aparılması nəzərdə tutulub. Bu məqsədlə sözügedən ərazi nəqliyyat vasitələrinin hərəkəti üçün sabahdan etibarən bağlanacaq.

Təmir-tikinti işlərin tez bir zamanda yekunlaşdırılması planlaşdırılır.

Açar sözlər:

Oxunub: 435