MTN-nin sabiq əməkdaşı qadına görə öldürülüb

MTN-nin sabiq əməkdaşı qadına görə öldürülüb


23:26     25 Dekabr 2018 2018/12/21b67-154576442823-26-45-_1545766098.jpg


Bakıda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş əməkdaşı Fariz Vahabovun qətlində şübhəlilərdən biri saxlanılıb.

Azvision.az xəbər verir ki, bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat daxil olub.

Saxlanılmanın detalları, eləcə də saxlanılanın kimliyi barədə məlumat verilməyib. Bununla belə, aydın olub ki, qətlin motivi, daha əvvəl bildirildiyi kimi, biznes-maraqlarının toqquşması yox, qısqanclıq olub.

Xatırladaq ki, cinayət 20 dekabrda F.Vahabovun yaşadığı evin həyətində baş verib. Saat 19:26-da F.Vahabov öz maşınını park edərkən, naməlum şəxs ona bir neçə dəfə atəş açıb.

Xüsusi xidmət orqanının üzündən və sinəsindən iki güllə yarası alan keçmiş əməkdaşı hadisə yerində dünyasını dəyişib.

Açar sözlər:

Oxunub: 415


Oxşar xəbərlər