"Donuz qripi" Gürcüstandan Azərbaycana çatır? - RƏSMİ ŞƏXSDƏN AÇIQLAMA


10:00     26 Dekabr 2018 18_12_26_1545804076.jpg

Gürcüstanda "donuz qripi"ndən ölənlərin sayı iki nəfərə çatıb. Ölüm halının biri Acarıstan, digəri Kutaisi şəhərində qeydə alınıb. Gürcüstanın Səhiyyə Nazirliyi qrip virusu ilə bağlı vəziyyətin epidemiya səviyyəsinin yarısına çatdığını açıqlayıb.


Femida.az -ın məlumatına görə, qonşu ölkədə belə bir hadisənin yaşanması və bu xəstəliyin yoluxucu olması Azərbaycanla bağlı analoji təhlükənin olub-olmaması sualını gündəmə gətirib.

Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasının epidemioloji tədqiqatlar şöbəsinin müdiri Kamran Əfəndiyev deyir ki, hazırda bununla bağlı hər hansı risk yoxdur. Bununla belə, qabaqlayıcı tədbir kimi Səhiyyə Nazirliyi bəzi yerlərdə xüsusi aparatlar quraşdırıb. Həmin aparatların köməkliyi ilə temperaturu olan xəstələrin "donuz qripi"nə yoluxub-yoluxmadığını müəyyənləşdirmək mümkün olacaq. Daha ətraflı videonu təqdim edirik




Femida.az

Açar sözlər:

Oxunub: 608