Nazirliyin 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans - FOTO


10:39     26 Dekabr 2018 2018/12/48964916_1347961682013064_1545173677975273472_n_1545806781.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar hökumət və qeyri-hökumət təşkilatlarının, millət vəkillərinin, sosial tərəfdaşların, ayrı-ayrı beynəlxalq qurumların, elmi ictimaiyyətin nümayəndələrinin iştirakı ilə “Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.


Femida.az xəbər verir ki, konfransda ilk növbədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş filmin nümayişi olub.

Filmdə 1918-ci il dekabrın 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətində yaradılmış Poçt, Teleqraf və Əmək Nazirliyinin, daha sonra ayrıca qurum kimi formalaşan Əmək Nazirliyinin fəaliyyətindən söz açılır, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə humanist dəyərlərə, sosial ədalət prinsipinə əsaslanan sosial siyasətin formalaşması və inkişafı istiqamətində mühüm tarixi xidmətləri diqqətə çatdırılır.

Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Azərbaycanda sosial inkişafın təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində Ulu öndər Heydər Əliyevin xidmətlərini qeyd edib. O, son 15 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin bütün sahələrdə dianmik inkişafını, eyni zamanda, sosial sahədə mühüm irəliləyişləri, sosial müdafiə sisteminin daim güclənməsini uğurla təmin etdiyini bildirib.

Konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, sosial rifahın təminatı hər bir ölkənin ümumi inkişafının əsas göstəricilərindən biri kimi qəbul edilir.



S.Babayev Azərbaycan Xalq Cümhuriyyəti hökumətindəki Əmək Nazirliyinin fəaliyyətindən bəhs edib, nazirliyin hələ 100 il bundan öncə bu günkü əmək və sosial müdafiə sistemi üçün aktual olan məsələlərin həlli istiqamətində atdığı addımları qeyd edib. O, 1970-80-ci illərdə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə onun bütün sahələrdə olduğu kimi, sosial sahədə də inkişafı təmin etdiyini, Ulu öndərin 1993-cü ilin iyun ayında xalqın çağırışı ilə yenidən respublikamıza rəhbərliyə qayıdışından sonra müstəqiil dövlət quruculuğunu uğurla həyata keçiriməklə yanaşı, ölkəmizin sosial ədalət prinsipinə, həssas qruplara humanist yanaşmaya əsaslanan uğurlu sosial siyasətini də formalaşdırdığını vurğulayıb.

Son 15 ildə sosial təminat sisteminin ildən-ilə gücləndiyini və əhatə dairəsinin genişləndiyini bildirən nazir bunun bir nümunəsi kimi, əmək pensiyasının orta aylıq məbləğinin 2003-cü ilə nisbətən 12,1 dəfə artaraq 2018-ci il 1 dekabr tarixinə 222,5 manata, yaşa görə əmək pensiyasının orta aylıq məbləğinin isə 249,5 manata çatdığını, 2018-ci il ərzində əmək pensiyalarının maliyyələşməsinə yönəldilən illik vəsaitin həcminin 2003-cü ilə nisbətən 16,7 dəfə artdığını deyib. O, həmçinin 2007-ci ildən şəhid ailələrinə, 2008-ci ilin sentyabr ayından müharibə əlilləri və onlara bərabər tutulanlara Azərbaycan Respublikasının Prezidentinin aylıq təqaüdlərinin təyin olunduğunu və ötən dövrdə bu ödənişlərin də iki dəfədən çox artdığını, digər sosial təminat növləri üzrə ödənişlərdə də dəfələrlə artımların özünü göstərdiyini qeyd edib.

Amin Nəzərli
Femida.az

Açar sözlər:

Oxunub: 574