Piyadanı vurub qaçdı, amma uzağa gedə bilmədi


11:05     26 Dekabr 2018 piyada5.jpg

Ötən gün axşam saatlarında Saatlı rayonunun Qıraqlı kəndində piyadanın vurulmasıyla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan Femida.az-a verilən məlumata görə, kənd sakini Eldəniz Babayev yolu keçmək istəyərkən naməlum avtomobil onu vuraraq hadisə yerindən uzaqlaşıb.

Avtoqəza nəticəsində E.Babayev müxtəlif bədən xəsarətləri alaraq daha sonra xəstəxanaya yerləşdirilib.

Çox keçmədən Saatlı RPŞ DYPB-nin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Saatlı rayon sakini Elşən Ağazadə saxlanılıb. Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 297