Nazirlik Lotu Quli haqqında məlumat yaydı: Bakıda ev dustağı olması...
16:37 26 Dekabr 2018
Kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) Bakıda ev dustağı olması xəbəri həqiqəti əks etdirmir.
Femida.az xəbər verir ki, bu barədə məlumatı "Sputnik Azərbaycan" Ədliyyə Nazirliyinə istinadən yayıb.
Nazirlik N.Səlifovun Azərbaycana ekstradisiya edilmədiyini bildirib. Belə ki, onun Azərbaycan ərazisinə ekstradisiyası üçün ölkə ərazisində hansısa yeni cinayət törətmədiyi qeyd edilib.
Ədliyyə Nazirliyi, həmçinin Qulinin Azərbaycanda olma ehtimalının olduğunu, amma onun burada ev dustaqlığına məhkum edilmədiyini və ya ona qarşı yeni ittihamlar irəli sürülmədiyini bildirib.
Qeyd edək ki, bundan bəzi KİV-lər Qulinin Bakıya gətirilərək, ev dustağı edildiyi haqqında məlumat yayıb.
Dövlət Miqrasiya Xidmətindən isə bildiriblər ki, N.Səlifov deportasiya edilməyib. Dövlət strukturunda bildiriblər ki, belə informasiyaya malik deyillər.
Ehtimal ki, Nadir Salifov Azərbaycana könüllü qaydada gəlib.
Oxunub: 493
Oxşar xəbərlər
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırıb
- Nazirlik bəstəkar-müğənninin bağ evində aşkarlanan ayı balası ilə bağlı məlumat yayıb
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Nazirlik xaricdə təhsil alan həkimlərin aksiyasına münasibət bildirib
- Nazirlik “Omikron”dan qorunmaq üçün əhaliyə tövsiyə verib
- Nazirlik təhrif olunmuş xəritələrlə bağlı tədbirlər planı hazırlayıb
- Nazirlik vəfat edən şəxsin topladığı pensiya kapitalının taleyinə aydınlıq gətirib
- Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI
- Nazirlik zəif anemiyası olan uşaqlara peyvənd vurulmasını tövsiyə edib