Zaxarovadan Qarabağ AÇIQLAMASI


18:36     26 Dekabr 2018 18_12_26_1545830251.jpg

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün özündən asılı olan hər şeyi edəcək.

Femida.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında deyib.

M.Zaxarova bildirib ki, bu məsələdə vaxt həddi qoyulmur:

"Əgər vaxt barədə danışsaq, əlbəttə ki, biz hər zaman münaqişənin tez bir vaxtda nizamlanmasının və buna yönəlmiş tədbirlərin tərəfdarı kimi çıxış etmişik. Amma dəqiq vaxt barədə danışmaq çətindir. Təəssüf ki, bu, uzanmış münaqişədir".

M.Zaxarova əlavə edib ki, Rusiya tərəfindən asılı olan bütün işlər yerinə yetiriləcək.

Femida.az

Açar sözlər: Zaxarova  

Oxunub: 510