PKK terrorçuları hava limanına hücum edib


22:58     17 Oktyabr 2015 f25d48a0-807b-4e91-92d9-9c3b0e4e8f0f.jpg

Türkiyədə fəaliyyətinə qadağa qoyulmuş PKK təşkilatının yaraqlıları ölkənin cənub-şərqindəki Hakkari aeroportuna hücum edib.


"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə bu gün "Sabah" qəzeti məlumat verib.

Yaraqlılar avtomat silahlardan istifadə edərək hava limanındakı terminal binasına hücum ediblər. Hava limanını mühafizə edən polislərin cavab atəşindən sonra kürd yaraqlıları geri çəkilməyə məcbur olub. Təhlükəsizlik qüvvələri terrorçuları neytrallaşdırmaq məqsədilə həmin ərazidə axtarış tədbirləri həyata keçirir.

Hakkari hava limanının açılış mərasimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə bu ilin may ayında keçirilib. Aeroportun inşasına 2010-cu ilin iyul ayında başlanıb və kürd separatçılarının regionda yaratdığı qeyri-sabit vəziyyətlə bağlı tikinti dəfələrlə dayandırılıb. Hazırda hava limanı Hakkaridə yaranan gərgin vəziyyətlə bağlı fəaliyyət göstərmir.

Açar sözlər:

Oxunub: 722