Silahlı Qüvvələrinin qərargahına hücumun qarşısı alınıb - Türkiyədə


22:05     26 Dekabr 2018 18_12_26_1545847823.jpg


Türkiyə mütəxəssisləri Silahlı Qüvvələr qərargahlarının birinə kiber hücum cəhdinin qarşısını alıblar.

Femida.az xəbər verir ki, bunu Türkiyə Elmi və Texnoloji Tədqiqatlar Komitəsi və Türkiyə Elmlər Akademiyasının illik mükafatlarının təqdimetmə mərasimində ölkə prezidenti Rəcəb Tayib Ərdoğan deyib.

"Sərhədlərimizin qorunmasına göstərdiyimiz diqqəti ölkəmizin istehsal etdiyi məlumatlar məsələsində də göstərməliyik. Hazırladığımız “Ahtapot” proqramı bir qüvvə komandanlığı qərargahına kiber hücum cəhdini uğurla əngəllədi və qarşıdakı bir NATO təliminə daxil edilib”, – deyə o bildirib.

Femida.az

Açar sözlər: #Türkiyə   #TSQ   #qərargah  

Oxunub: 438