Almaniya həmin şəxsi Azərbaycana ekstradisiya etdi - RƏSMİ


11:30     27 Dekabr 2018 hebs.jpg

Azərbaycanda qətl törətməkdə şübhəli bilinən şəxs Almaniyada saxlanılıb.


Bu barədə Femida.az -a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Azərbaycan vətəndaşının ekstradisiyası ilə bağlı Almaniya tərəfi müsbət qərar qəbul edib.

O, bu günlərdə Ədliyyə Nazirliyi tərəfindən Almaniyadan ölkəmizə gətirilib.

Ümumiyyətlə, ötən 5 il ərzində 160-dək cinayətkar şəxsin Azərbaycana ekstradisiya edilməsinə nail olunub.

Bu sahədə lazımi tədbirlər bundan sonra da davam etdiriləcək.

Qeyd olunur ki, nazirlik 40-dan çox ikitərəfli müqavilələrin, o cümlədən cinayət və mülki işlər üzrə hüquqi yardım, ekstradisiya, məhkumların verilməsi üzrə öhdəliklərin icrasını həyata keçirir, 32 ölkənin Ədliyyə nazirlikləri ilə ikitərəfli sazişlər çərçivəsində əməkdaşlıq edir, 16 çoxtərəfli konvensiya üzrə isə mərkəzi və ya əlaqələndirici orqan qismində çıxış edir:

“Bunun nəticəsində beynəlxalq hüquqi yardımla bağlı nazirliyə daxil olan sorğuların sayı dəfələrlə artaraq bu il 19.000-ə çatmaqdadır. Hüquqi əməkdaşlıq çərçivəsində beynəlxalq cinayət hüququnun qədim institutlarından olan ekstradisiya sahəsində işin dairəsi də genişlənir.

Belə ki, bir sıra dövlətlərlə, o cümlədən Çin, İran, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Hindistan, həmçinin bu il Əlcəzair ilə bu sahədə müqavilələr bağlanılıb, habelə MDB çərçivəsində müvafiq konvensiyalar üzrə əməkdaşlıq edilir”.

Femida.az

Açar sözlər:

Oxunub: 437