8500 partlayıcı aşkar edildi


12:27     27 Dekabr 2018 2018/12/gomru-1545895837_1545899359.jpg

Polis əməkdaşları insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.


​DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Xətai və Abşeron rayonları ərazisində keçirdikləri növbəti reydlər zamanı 2 mağazadan ümumilikdə 8500 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb. ​Bu istiqamətdə tədbirlər davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 526