Valideyn övladından aliment tələb edə bilərmi? - HÜQUQİ YARDIM


12:36     27 Dekabr 2018 2018/12/uncontested-divorce-lawyer-houston-texas-free-consultations_1545899818.jpg


Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfə təqdim etdiyimiz mövzu alimentlə bağlıdır.




SUAL: Valideyin övladından aliment tələb edə bilərmi ?


CAVAB: AR Ailə Məcəlləsinin 82-ci maddəsinə əsasən Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.

- Aliment tutulma qaydası könüllüdür və ya məcburidir.

- Birinci halda, tərəflər saziş bağlaya bilərlər və ya vicdanlığa əsaslanmalıdırlar.
- Əks halda aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur.

- Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.

Femida.az

Açar sözlər: #fEMİDA   #Hüquqi_yardım   #Vəkil   #hüquqşünas  

Oxunub: 3187