Sənədsiz mal dövriyyəsinin qarşısı alınacaq


17:02     27 Dekabr 2018 2018/12/5c24c23999abd_15459125121528331426_1000x669_1545915865.jpg

Vergi sistemində uçot və qeydiyyat məsələlərinə ciddi fikir verilməlidir.



Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Nazir müavini bu məsələlərlə bağlı istehsalçılarla mütəmadi olaraq görüşlər keçirildiyini söyləyib: "Onlar təqdim etdikləri mallara görə sənəd verdiklərini, bəzən həmin sənədləri ticarət şəbəkəsində çalışanların almaq istəmədiklərini bildirirlər. Artıq gömrük sistemində də ciddi şəffaflaşdırma tədbirləri görülür və onlar da deyir ki, sərhəddən keçirilən bütün malların sənədləri var. Qanunvericiliyə edilmiş dəyişikliklər imkan verəcək ki, indiyə kimi həyata keçirilmiş tədbirlərlə birlikdə sənədsiz mal dövriyyəsinin qarşısı alınsın”.

Femida.az

Açar sözlər:

Oxunub: 490