Qanunsuz ov edən əcnəbilər saxlanılıb


18:04     27 Dekabr 2018 qanunsuz%20ovcu.jpg

"Ov qaydalarına riayət etməyən xarici vətəndaşlar yüksək məbləğdə cərimələnib, bəziləri isə ölkədən deportasiya edilib".

Femida.az xəbər verir ki, bunu “Ekoloji gündəm medianın və ictimaiyyətin baxış prizmasında: ətraf mühit sahəsində görüləcək işlər və təhlillər" mövzusunda QHT və media nümayəndələri ilə keçirilən dialoqda çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Departament direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, bu il Azərbaycanda 200-dən çox yerli, 20 xarici vətəndaş qanunsuz ov etdiyinə görə saxlanılıb.

"Bu il insanların ən çoz qanunsuz ov başında tutulduğu il olub. Lakin bu il daha çox pozuntunun olması demək deyil. Sadəcə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları öz işlərinə daha məsuliyyətlə yanaşıblar".

H.Əlizadə qeyd edib ki, nazirlik tərəfindən mətbuatda restoranlardan birində oxlu kirpinin ətindən istifadə edilməsi barədə yazılan məlumat da araşdırılıb: "Məsələ araşdırılaraq bu əməli törədən şəxslər müəyyən edilib. Onlara qarşı cəza tətbiq olunub".

Femida.az

Açar sözlər:

Oxunub: 415