Məhkəmədə güldüyü üçün 2 il həbs cəzası aldı


18:53     27 Dekabr 2018 2018/12/5c24a5e033875_guldurdu_1545917509.jpg

Misirdə məhkəmə "Müsəlman Qardaşlar" təşkilatının siyasi qanadı olan Azadlıq və Ədalət partiyasının baş katibi Məhəmməd əl-Biltaci iclasda güldüyü üçün 2 il həbs cəzasına məhkum edilib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.


Qeyd edək ki, Məhəmməd əl-Biltaci ötən ay baş tutan proses zamanı məhkəmənin şahidlərə çox sual verməsinin qarşısını aldığını görərək buna məsxərə edərək gülüb. Hakim siyasi məhbusun bu addımına həbs cəzası ilə cavab verib.

Məlumat üçün bildirək ki, "Müsəlman Qardaşlar" təşkilatı Misirdə "ərəb baharı" inqilabı baş verərkən hökumətə gəlsə də, çox keçmədən hərbçilər tərəfindən devrilib və qurumun ölkədə fəaliyyəti qadağan edilib, bütün üzvləri isə həbs olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 563