79 yaşlı kişi təqvimi əzbər bilir - VİDEO


19:25     27 Dekabr 2018 2018/12/5c24e9bed9b5d_sum_1545924422.png

Sumqayıtda yaşayan 79 yaşlı kişi təqvimdə hansı ildə hansı günün həftənin neçənci gününə düşdüyünü əzbər bilir.


Xezerxeber.az-ın məlumatına görə, Sulduz Mikayılov istedadı ilə insanları təəccübləndirir. O deyir ki, bu istedad onda illər əvvəl üzə çıxıb. Qardaşının ölüm tarixini yadda saxlayan kişi bundan sonra da təqvimin bütün günlərini əzbərləyib.

Biz də Sulduz Mikayılovun bu istedadını sınağa çəkdik. Öz doğum tarixinin hansı həftəyə düşdüyünü deyən əməkdaşımızın aldığı cavab dəqiq oldu.





Sulduz Mikayılov təqvimi öz üsuluna görə əzbərləyib yadda saxlayır. 79 yaşı olmasına baxmayaraq, onun yaddaşı hələ də güclüdür. Bununla belə o, əzbər qabiliyyətini daha da dərinləşdirməklə məşğuldur.

Açar sözlər:

Oxunub: 531