Beyləqanda minaatan mərmiləri tapılıb
20:12 27 Dekabr 2018
Beyləqanda 4 ədəd 60 mm-lik minaatan mərmisi aşkar olunub.
ANAMA-dan Femida.az -a verilən məlumata görə, bu gün saat 14:23-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Beyləqan rayonu, İkinci Aşıqlar kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Beyləqan rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Beyləqan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 4 ədəd 60 mm-lik minaatan mərmisi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Minaatan mərmilərin ətrafında 1 000 kv.m ərazi yerüstü və 150 kv.m ərazi isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Oxunub: 471
Oxşar xəbərlər
- Beyləqanda ev yanıb, xəsarət alan var
- Beyləqanda polis qaçmaq istəyən şəxsi tutarkən silahdan istifadə edib
- Beyləqanda çətənə bitkiləri aşkar edilib, saxlanılanlar var
- Beyləqanda ictimai yerdə koronavirus xəstəsi aşkarlanıb
- Beyləqanda avtomobil ağaca çarpılıb, ölən var
- Beyləqanda avtomobillə vurulan piyada ağır xəsarət alıb
- Beyləqanda avtomobil qadını vuraraq öldürüb
- Beyləqanda sevgilisinin qətlini sifariş edən qadın kassasiya şikayəti verib
- Beyləqanda azyaşlı yanaraq ölüb
- Beyləqanda külli miqdarda narkotik vasitə aşkarlanıb