Poroşenko Azərbaycandakı səfiri işdən çıxardı


22:29     27 Dekabr 2018 2018/12/72DB4A60-34B5-4D1F-8E94-D33990197BA7_1545935475.jpeg

Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko vəzifəsindən azad edilib.

Femida.az xəbər verir ki, bununla bağlı Ukrayna prezidenti Pyotr Poroşenko müvafiq fərman imzalayıb.

Qeyd edək ki, Aleksandr Mişşenko 2011-ci ilin aprelin 6-dan indiyədək Ukraynanın Azərbaycandakı səfiri vəzifəsini icra edib. Mişşenko bundan əvvəl Ukrayna XİN-in dördüncü ərazi departamentinin direktoru işləyib. Departamentin fəaliyyət dairəsinə Mərkəzi və Şərqi Avropa ölkələri, Balkan və Cənubi Qafqaz regionlarının ölkələri, eləcə də Türkiyə daxildir.

Mişşenko, həmçinin 2003-2005-ci illərdə Ukraynanın Avstraliyada, 2005-2008-ci illərdə Türkiyədə səfiri olub.

Femida.az

Açar sözlər:

Oxunub: 480