Tütün məmulatlarının idxalı azalıb


09:45     28 Dekabr 2018 nezik%20siqaret.jpg

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 138 430,45 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edib.

Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, bu məbləğ ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 8097,42 min dollar azdır.

Qeyd edək ki, on bir ay ərzində tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 1,34 faizini təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 353