Azərbaycana sürücüsüz avtobuslar gətiriləcək


10:53     28 Dekabr 2018 2018/12/avtobus-700x400_1545980277.jpg


2019-2023-cü illərdə Azərbaycanda avtonom (sürücüsüz) nəqliyyat vasitələrindən şəhərdaxili sərnişindaşımada, habelə əyləncə-turizm məqsədilə istifadə üçün pilot ərazilərin təyin edilməsi və burada həmin nəqliyyat vasitələrinin hərəkətinin təşkili məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi və digər təşkilati-hüquqi məsələlərin həlli ilə bağlı təkliflər hazırlanması nəzərdə tutulub.



Femida.az azvision.az-a istinadla xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün" Dövlət Proqramında qeyd olunub.

Prezident İlham Əliyevin təsdiqlədiyi Dövlət Proqramı ilə qeyd edilən əsas işlərin icraçısı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir.

Femida.az

Açar sözlər: #Azərbaycan   #sürücüsüz   #avtobus  

Oxunub: 1101