3100 şəhidin vərəsəsinə 11 min manat ödənilməsi barədə qərar qəbul edildi


11:23     28 Dekabr 2018 pullar-manat_07.jpg


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən şəhid hərbi qulluqçulardan vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı sahəsində işlər davam edir.

Femida.az xəbər verir ki, artıq 3100 şəhidin 4200 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul olunub. Qərarlar əsasında onların birdəfəlik ödəmə (11 min manat) ilə təminatı davam edir.

2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərman mühüm sosial əhəmiyyət kəsb edən və dövlət başçısı tərəfindən şəhid ailələrinin rifah halının yaxşılaşdırılması istiqamətində növbəti humanist addımdır. Yalnız şəhid ailələri tərəfindən deyil, ümumən ictimaiyyət tərəfindən bu xeyirxah tədbir yüksək dəyərləndirilir.

Məlumat üçün bildirək ki, ümumilikdə 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ vardır. Hazırda digər vərəsələrdən də birdəfəlik ödənişlə təmin edilmələri üçün sənədlərin notarial qaydada qəbulu davam edilir.

Şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı prosesinin 2019-cu il ərzində tam yekunlaşdırılması nəzərdə tutulub.

Femida.az

Açar sözlər: #ödəniş   #şəhid   #sosial   #ƏƏSMN  

Oxunub: 487