Orduda PUA mütəxəssisləri hazırlanacaq
13:23 28 Dekabr 2018
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan ordusunun şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni inşa edilmiş Pilotsuz Uçuş Aparatları Mütəxəssislərinin Təlim-Tədris Mərkəzinin açılışında iştirak ediblər.
Müdafiə nazirinə məruzə olunub ki, mərkəzin əsas məqsədi Azərbaycan ordusunun arsenalında olan müxtəlif növ pilotsuz uçuş aparatları (PUA) üzrə yüksək peşəkar kadrların hazırlanmasıdır. Qeyd edilib ki, tədris mərkəzində quraşdırılan ən müasir avadanlıqlar və trenajorlar, həmçinin keçirilən nəzəri və praktiki məşqlər tədris prosesinin yüksək keyfiyyətlə aparılmasına, müxtəlif əməliyyat, taktiki və meteoroloji şəraitdə PUA-ların funksional sistemlərinin təmin edilməsi və PUA heyətlərinin döyüş tapşırıqlarının vaxtında və yüksək dəqiqliklə yerinə yetirilməsi vərdişlərinin təkmilləşdirməsinə imkan verir. Bildirilib ki, mərkəz elmi-texniki işin aparılmasını, bu istiqamətdə qabaqcıl təcrübələrin öyrənilməsini və yeni PUA sistemlərinin sınaq yoxlamalarının keçirilməsini də təmin edir.
Müdafiə Nazirliyinin rəhbərliyi mərkəzin mühəndislər, operator-pilotlar, uçuşların təhlili, simulyator, eləcə də digər xidməti və inzibati otaqları ilə tanış olub.
Mərkəzin anqarında saxlanılan yerli istehsal olan müxtəlif təyinatlı PUA-lara və ərazidə quraşdırılmış çoxməqsədli stansiyaya baxış keçirən müdafiə nazirinə onların taktiki-texniki xassələri və tətbiqi imkanları barədə məruzə olunub.
Sonra müdafiə naziri mərkəzin maddi-texniki və tədris bazasının genişləndirilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
Femida.az
Oxunub: 870
Oxşar xəbərlər
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Vətən müharibəsində DSX-nın PUA-ları düşmənin 290 hədəfini zərərsizləşdirib
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
- Ukrayna Rusiyanın 7 milyon dollarlıq daha bir PUA-sını məhv edib
- Ukrayna Baş Qərargahı: "Rusiyanın 500-dən çox PUA-sı məhv edilib"
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 1 helikopteri və 5 PUA-sı məhv edilib"
- Çin şirkəti Rusiyaya PUA satışını dayandırıb
- Baş Qərargah: "Rusiyanın 9 zirehli texnikası, 3 PUA-sı məhv edilib"
- Ukrayna MN: "Son sutkada Rusiyanın 1 təyyarə, 1 helikopter və 5 PUA-sı vurulub"
- Azərbaycanın dünya hərb sahəsinə gətirdiyi PUA gerçəkliyi - ARAŞDIRMA