İtaliya Səudiyyəyə silah satışını dayandırır


18:10     28 Dekabr 2018 18_12_28_1546002727.jpg

İtaliya hökuməti Yəməndə davam edən müharibəyə və jurnalist Camal Kaşoqinin qətlinə görə Səudiyyə Ərəbistanına silah satışını tezliklə dayandıracaq.


Femida.az xəbər verir ki, bu barədə İtaliyanın baş naziri Cüzeppe Konti 2018-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bəyan edib.

“Təsdiqləyirəm ki, bu məsələ bizim gündəliyimizdədir. Müdafiə naziri, xarici işlər naziri və bu məsələ ilə bağlı dosyelərə ciddi maraq göstərən baş nazir müavini Luici Di Mayo ilə birlikdə Ər-Riyada silah satışının dayandırılmasının hansı nəticələr yarada biləcəyi üzərində düşünürük. Tezliklə biz bu məsələ ilə bağlı yekun qənaətə gələcəyik. Biz Səudiyyəyə silah satışının tərəfdarı deyilik və indi yalnız bu mövqeyimizi rəsmiləşdirərək müvafiq addım atmağımız qalır” – İtaliya baş naziri vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Almaniya daxil olmaqla, bəzi Avropa ölkələri də Ər-Riyadla hərbi-texniki əməkdaşlığı dayandırmaq barədə qərar qəbul ediblər.

Açar sözlər:

Oxunub: 456