Binəqədi Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat ayrıldı


17:30     28 Dekabr 2018 2018/12/34e9d339-5b9e-4660-983c-5b9725f5951f_1546003844.jpg


Prezident İlham Əliyev Binəqədi rayonunda abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Femida.az-ın məlumatına görə, sərəncamla Binəqədi rayonunda abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən Ayna Sultanova adına parkda yenidənqurma işlərinin aparılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Binəqədi Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat ayrılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 435