Prezident icra başçısını təltif edib


17:52     28 Dekabr 2018 18_12_28_1546003880.jpg

Prezident İlham Əliyev Şahin Məmmədovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Femida.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şahin Kərim oğlu Məmmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Şahin Məmmədov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısıdır.

Açar sözlər:

Oxunub: 370