Putinlə rüsvayçı görüş haqda Nikoldan - Şok etiraflar


22:42     28 Dekabr 2018 18_12_28_1546022613.jpg

Nikol Paşinyanın Vladimir Putinlə görüşü hazırkı erməni hökuməti ilə Kreml arasında yaranmış dərin uçurumu bir daha sərgiləyib.

Femida.az Axar.az-a istinadən xəbər verir ki, Paşinyan ermənilər üçün həyati əhəmiyyətə malik qaz probleminin həllinin dalana dirənməsini ört-basdır etməkdən ötrü səfərdən dərhal sonra Feysbuk hesabında uğursuz Moskva səfərinin yekunlarına "bəzək-düzək" verib.

"Qazla bağlı qərar qəbul edilməsə də, müzakirələr davam etdirilir", - Paşinyan bildirib.

Paşinyan bu sözlərlə problemin həlli üçün səfər etdiyi Moskvadan əslində əliboş qayıtdığını dolayı yolla etiraf edib. Onun Moskvada aparılan danışıqlardan sonra "arzuolunan nəticələrə" və ya "ən azından, arzuolunmaz nəticələrin olmayacağına ümid etdiyini" bildirməsi heç bir nəticə əldə olunmadığının göstəricisidir.

Paşinyanın açıqlamasında açıq şəkildə Putinlə görüşün alınmamasına işarə vurur:

"Bizim münasibətlərimiz o qədər hərtərəfli və çoxşaxəlidir ki, Putinlə görüş zamanı ikitərəfli gündəmdə dayanan bütün məsələləri müzakirə edə bilmədik".

Bu, dolayısı ilə "Putinlə görüşümüz yarımçıq qaldı" və yaxud "Ciddi məsələləri müzakirə edə bilmədik" deməkdir. Görünür, Rusiya lideri Ermənistanın qeyri-ciddi baş nazir əvəzi ilə ciddi müzakirələr aparmağı lazım bilməyib.

Paşinyanın bu görüşü "qiymətləndirmə meyarı" da diqqət çəkib. Sentyabrın 8-də Kreml səfərində Putinlə görüşdən sonra Moskva ilə münasibətləri "parlaq" adlandıran Nikol bu dəfəki böyük etinasızlıq şəraitində keçən danışıqlar fonunda ikitərəfli əlaqələri "hərtərəfli" saymaqla kifayətlənib.

Yəni artıq "parlaq" münasibətlər yoxdur, "hərtərəfli" var.

Ən maraqlısı isə Paşinyanın həbs etdiyi Köçəryana Putinin növbəti təbriki idi. Putin əliboş yola saldığı Paşinyanı İrəvanda Köçəryana Yeni il təbriki ilə "qarşıladı".

Açar sözlər:

Oxunub: 687