Müvəqqəti ölkə xaricində olan şəxslərin qeydiyyatını konsulluq aparacaq


09:07     29 Dekabr 2018 sened%20qeydiyyat%20emek.jpg


Nazirlər Kabineti “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edilməsi haqqında qərar qəbul edib.

Femida.az xəbər verir ki, sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə görə, ölkə hüdudlarından kənarda daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarından savayı, müvəqqəti ölkə xaricində olan şəxslərin də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı konsulluq idarələri tərəfindən aparılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1175