Bakı-Tbilisi-Qars sərnişin qatarı gələn il işə düşəcək
12:44 29 Dekabr 2018
Bakı-Tbilisi-Qars sərnişin qatarı gələn il işə düşəcək.
Femida.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.
Qurum rəhbəri bildirib ki, “Stadler Rail Group” şirkətindən sərnişin qatarları 2019-cu ilin fevral-mart aylarında təhvil alınmalıdı. 10 sərnişin vaqonu təhvil verilən kimi Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin qatarı fəaliyyətə başlayacaq.
Femida.az
Oxunub: 626