Azərbaycanda ən çox qar hara yağıb?


16:57     29 Dekabr 2018 1454746804_sabah-azerbaycana-sulu-qar-qar-yagacaq_15649aec2a8dac-xebervar_com.jpg

Dekabrın 28-dən 29-na keçən gecə ölkə ərazisində müşahidə olunan yağıntılı və nisbətən soyuq hava şəraiti nəticəsində dağlıq və dağətəyi rayonlarda qar örtüyü əmələ gəlib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az -a verilən məlumata görə, bu gün Daşkəsən, Gədəbəy, Göygöl rayonlarında 9-14 sm, Şamaxı, Mərəzə, Altıağac rayonlarında 2-10 sm, Quba, Qusar, Xaltan, Qırız rayonlarında 6-9 sm, Şahdağ və Xınalıqda 12 sm, Şəki, Sarıbaşda 28-30 sm qar örtüyü əmələ gəlib.

Femida.az

Açar sözlər:

Oxunub: 640