Hövsandan avtomobil qaçıran Kürdəmir sakini tutulub


19:15     29 Dekabr 2018 masin_ogrusu_018.jpg

Hövsandan avtomobil qaçıran Kürdəmir sakini tutulub.

DİN-dən Femida.az-a verilən məlumata görə, dekabrın 28-də saat 13 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindən qəsəbə sakini Ramil Dərbəndəliyevə məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.

REKLAM

facebook.com

Daha ətraflı
Native Video by Adributor

Dekabrın 29-da DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən avtomobilin Hacıqabul şəhərinin ərazisində hərəkətdə olması aşkar edilib və müvafiq tədbir görülməsi üçün məlumat aidiyyəti üzrə göndərilib.

Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobili qaçırmaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Elsevər Şükürov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 386


Oxşar xəbərlər