Binəli Yıldırım İstanbulun meri ola bilər


20:22     29 Dekabr 2018 binali-yildirim.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan lideri olduğu Ədalət və İnkişaf Partiyasından İstanbulun meri postu üçün sabiq baş nazir Binəli Yıldırımın namizədliyini irəli sürüb.

Femida.az bildirir ki, yerli hakimiyət orqanlarına seçkilər Türkiyədə 2019-cu il mart ayının 31-i keçiriləcək.

Seçkilərdə B.Yıldırımın əsas opponenti müxalif Xalq-Respublika Partiyasından namizəd Əkrəm İmamoğlunun olacağı gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 495