İsmayıllıda yol qəzası baş verib


20:52     29 Dekabr 2018 big_1405422456_qeza.jpg

İsmayıllı rayonunun Tircan kəndində “Daewoo” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

FHN-dən Femida.az -a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.


Femida.az

Açar sözlər:

Oxunub: 534