Azərbaycan nefti UCUZLAŞDI


09:14     30 Dekabr 2018 neft%20qiymeti%20femida.jpg

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 28-i 53,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,48 dollar/barel azdır.

Femida.az bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 28-i 52,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,52 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 28-i 49,91 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,51 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 28-i 50,21 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,38 dollar/barel çoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 475