Azərbaycan balıqçılarına qarşı cinayət işi açıldı


09:13     31 Dekabr 2018 2018/04/baliqci_0258_1523942027.jpg

Dekabrın 28-də Xəzər dənizinin Qazaxıstan sularında saxlanılan 4 Azərbaycan vətəndaşına qarşı dövlət sərhədlərini pozma ittihamı üzrə cinayət işi açılıb.

Femida.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin mətbuat xidmətinə istinadən "Nur.kz" məlumat yayıb.

İlkin olaraq gəmidə 40 ədəd nərə tipli balıq ovu nümunəsi, aşkar olunduğu bildirilsə də, sonradan dəyən ziyanın daha böyük olduğu ortaya çıxıb. Sərhədçilər balıqçı gəmisində dəyəri 496 min 266 dollar olan 794 kiloqramlıq 198 ədəd nərə tipli balıq nümunəsi aşkar edərək götürüblər.

Balıqçılar saxlanılan zaman silahlı insident baş verib. Onlardan biri güllə yarası alıb.

Femida.az

Açar sözlər:

Oxunub: 612