Bulvarda özünü dənizə atan qadının meyiti tapıldı


11:48     31 Dekabr 2018 qadin%20olub.jpg

Ötən gün Bakı şəhərinin Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində dənizdə batdığı ehtimal olunan 1983-cü il təvəllüdlü Rüstəmova Dilrubə Xalid qızının axtarışları başa çatıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

D.Rüstəmovanın meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qruplarının birgə əməliyyatı nəticəsində tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib, əməliyyat başa çatıb. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 529