Casusluqda şübhəli bilinən ABŞ vətəndaşı saxlanılıb


14:33     31 Dekabr 2018 hebs.jpg

Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvada casusluqda şübhəli bilinən ABŞ vətəndaşı Pol Uilanı saxlayıb.

Femida.az -ın verdiyi məlumata görə, bu barədə TASS-a FTX-nin İctimaiyyətlə əlaqələr mərkəzindən xəbər verilib.

"2018-ci il dekabrın 28-də FTX-nin əməkdaşlarının Moskvada apardığı əməliyyat nəticəsində casusluqda şübhəli bilinən ABŞ vətəndaşı Pol Uilan saxlanılıb", - məlumatda deyilir.

Etdiyi əməllərə görə onu 10 ildən 20 ilədək həbs cəzası gözləyə bilər.

Zəruri istintaq hərəkətləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 421