İsmayıllıda 4 otaqlı evdə yanğın olub


18:14     31 Dekabr 2018 yangin_38673636.jpg

İsmayıllı rayonunda yanğın hadisəsi baş verib.

Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonunun Talıstan kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb, yüksək temperaturdan bir otağın lambirdən ibarət tavanı 5 m² sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 414