Fərdi yaşayış evi yanır, xəsarət alanlar var


22:12     31 Dekabr 2018 yangin_38673636.jpg

Mingəçevirdə baş verən yanğında xəsarət alanlar var.

Femida.az "report"-a istinadən bildirir ki, hadisə Günəşli yaşayış massivində baş verib.

Belə ki, massivin 6-cı küçəsində yerləşən fərdi yaşayış evində baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürmə briqadası cəlb olunub.

Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

Hadisə nəticəsində evdən təxliyə olunan ailə üzvləri massivin digər üzvlərindən birinə gətirilib. İlkin məlumata görə 4 nəfər xəsarət alıb yaxud tüstüdən boğulub. Onlara yerləşdirildikləri ünvanda təcili yardım briqadası əməkdaşları yardım edir.

Femida.az

Açar sözlər:

Oxunub: 567