Balakəndə 7 yaşlı qızı avtomobil vuraraq öldürdü


09:27     01 Yanvar 2019 usaqi%20masin%20vurdu.jpg


Balakəndə 7 yaşlı qızı avtomobil vuraraq öldürüb.


Femida.az-ın Report”-a istinadən məlumatına görə, hadisə rayon mərkəzindən Hənifə kəndinə gedən avtomobil yolunda baş verib.

Rayon sakini, 2011-ci il təvəllüdlü Zümrüd Mais qızı İsakovanı minik avtomobili vurub.

7 yaşlı Z. İsakova Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılarkən aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən yolda ölüb.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 481