Bu gündən avtobuslar da aksiz vergisinə cəlb edilir


09:53     01 Yanvar 2019 Bakubus-123.jpg


Bu gündən Azərbaycana idxal olunan avtobuslar da aksiz vergisinə cəlb ediləcək.


Femida.az xəbər verir ki, Vergi Məcəlləsinin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən 190.4.1-1-ci əlavəyə əsasən mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrə görə 2 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 6 000 kubsantimetrədək olduqda 8 000 manat və əlavə olaraq mühərrikin həcminin 4 001-6 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 4 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 8 000 kubsantimetrədək olduqda 16 000 manat və əlavə olaraq mühərrikin həcminin 6 001- 8 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 6 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 10 000 kubsantimetrdək olduqda 28 000 manat və əlavə olaraq mühərrikin həcminin 8 001- 10 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 8 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 10 000 kubsantimetrdən çox olduqda 44 000 manat və əlavə olaraq mühərrikin həcminin 10 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 10 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 559