Məkkənin döyüşsüz alınması, Fidel Kastronun hakimiyyətə gəlməsi, İstanbul qətliamı - 1 yanvarda nələr olub?


12:01     01 Yanvar 2019 19_01_01_1546330622.jpg


Femida.az 1 yanvarda Dünya və Azərbaycan tarixində baş vermiş önəmli hadisələri diqqətinizə çatdırır.

Dünyada baş verən hadisələr

630 — Məhəmməd peyğəmbərin başçılığı ilə müsəlmanlar Məkkə şəhərinə yürüş etmiş və şəhəri döyüşsüz almışlar.
1801 — İrlandiya Krallığı Böyük Britaniya Krallığı ilə formal olaraq birləşmişdir.
1959 — Kuba üsyançıları Fidel Kastro rəhbərliyi ilə Havananı ələ keçirmiş, prezident Fulxensio Batista Dominikan Respublikasına qaçmışdır.
1929 — SSRİ rəhbərliyi Azərbaycanda ərəb qrafikalı əlifbanın istifadəsinə qadağa qoymuşdur.
1995 — Dünya Ticarət Təşkilatı yaradılmışdır.
2017 — Gecə saat 01:12-də İstanbulun Beşiktaş rayonu ərazisində yerləşən Reina gecə klubunda törədilmiş terror aktı. Terror aktı nəticəsində ilkin məlumatlara görə 39 nəfər həlak olmuş, 69 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Azərbaycanda olan hadisələr

1813 - Rusiya-İran müharibəsi (1804-1813) gedişində rus qoşunları Lənkəran qalasını alıblar.
1841 - Çar I Nikolayın imzaladığı inzibati islahat qanununa (10.04.1840) əsəsən, Cənubi Qafqaz paytaxtı Tiflis olmaqla İmereti quberniyasına və paytaxtı Şamaxı olmaqla Kaspi (Xəzər) vilayətinə bölündü.
1940 - Azərbaycan SSR-də latın qrafikalı əlifbadan kiril (rus) qrafikalı əlifbaya keçid gerçəkləşib.
1997 - ATƏT-in Minsk qrupunda həmsədr ölkə olan Finlandiyanı Fransa (ikinci həmsədr ölkə Rusiya idi) əvəz edib.

Femida.az

Açar sözlər: tarix  

Oxunub: 794