Sosial media fenomenlərindən vergi tutulacaq


20:18     01 Yanvar 2019 2019/01/19-19-04-716840_1546356029.jpg

2019-cu ilin dekabrın 19-da Türkiyənin "Rəsmi qəzet"ində yayımlanan qərara görə, sosial media fenomeni olaraq adlandırılan və reklam qarşılığında markalardan pul alan şəxslər artıq vergilərə cəlb ediləcək.

Femida.az facemark.az-a istinadən bildirir ki, "Google", "YouTube", "Facebook" kimi əcnəbi platformalara və internet fenomeni adlandırılan şəxslərə veriləcək reklamlar və broker xidmətləri ödənişlər üzərindən stopaj tətbiqi (mənbədən kəsmə) ilə vergi tutulacaq.

Qərara görə, ödənişi alan şəxsin vergi mükəlləfi olub-olmamasına baxmayaraq, reklam xidməti verənlərə və ya internet mühitində reklam xidmətinin verilməsinə vasitəçi olanlara edilən ödənişlərdən stopaj vergisi tutulacaq. Fiziki və hüquqi şəxslər üçün vergi dərəcəsinin miqdarı isə 15% müəyyən edilib.Mobil Marketinq Birliyinin (MMA) Türkiyə üzrə hüquq məsləhətçisi Özlem Baysal Sezgin adiyyatı qərar ilə bağlı deyib ki, "Yeni vergi tənzimlənməsinə görə, "Google", "Youtube", "Facebook" kimi xaricdə qurulan şirkətlər üzərindən və ya internet fenomenləri tərəfindən verilən reklam xidmətlərindən vergi tutulacaq. Vegri şirkətlərə, şəxslərə, onlara vasitəçi olan şirkət və ya şəxslərə 15% həcmində tətbiq ediləcək.

MMA Türkiye & MENA-nın regional direktoru Melis Ertem isə deyib ki, "Sektorla bağlı qaydalarda dəyişiklər faydalı olacaq. Mobil reklamçılıqla əlaqədar qərar olduğuna görə, bu sektorun inkişafına da köməkdir. Lokal yayımçılar və platformalar datalarını daha effektiv şəkildə analiz etsələr, qlobal platformalara bərabər hədəfləmə imkanlarını yarada bilərlər. Bu isə bazarda rəqabətin daha da inkişaf edəcəyinə işarədir".

Açar sözlər:

Oxunub: 466