Bu il Günəş 3 dəfə tutulacaq
16:56 02 Yanvar 2019
Bu il üç dəfə Günəş tutulması baş verəcək.
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası direktorunun müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov deyib ki, bunlardan biri qismən, biri tam, digəri isə həlqəvarı olacaq.
İlk Günəş tutulması qismən olacaq və yanvarın 6-na təsadüf edəcək. Qismən Günəş tutulması yerli vaxtla saat 03:34-də başlayacaq və 07:49-da başa çatacaq. Günəş tutulması Şimal-Şərqi Asiya, Sakit okeanının şimal hissəsi - Vladivostok, İrkutsk, Maqadan, Ulan-Bator, Pekin və digər ərazilərdən aydın görünəcək.
İkinci Günəş tutulması isə iyulun 2-3-də baş verəcək. Bu dəfə Günəş tam tutulacaq və iyulun 2-də saat 20:55-07:01-dək, iyulun 3-də isə 00:44-dən 01.02-dək davam edəcək. Təbiət hadisəsi Sakit okeanın cənub hissəsində və Cənubi Amerikada izlənə biləcək.
Üçüncü Günəş tutulması isə həlqəvarı olacaq. Dekabrın 26-da saat 06:30-dan 12:06-dək baş verəcək Günəş tutulması Asiya-Avstraliya, Səudiyyə Ərəbistanı, Hindistan və digər ərazilərdən görünəcək.
“Hər üç hadisəni Azərbaycanda 08:03-dən 08:52-dək səhər tezdən Günəş doğan ərəfədə üfüqə yaxın yerdə izləmək olacaq”, - deyə Xıdır Mikayılov bildirib. (AzərTAc)
Femida.az
Oxunub: 538
Oxşar xəbərlər
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən maarifləndirici çarx çəkilib
- Tələbəni vurub öldürən avtobus “BakuBus”a məxsus imiş
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- "Rusiya bu ərazilərə nüvə silahı atacaq. Plan hazırdır" - Britaniya kəşfiyyatı
- PA rəsmisi: "Bu gün ayrı-ayrı regionlarda xəritələr yenidən cızılır"