Daha bir ölkə Qüdsdə səfirlik açacaq


18:00     02 Yanvar 2019 quds4.jpg

ABŞ və Qvatemalanın ardından Honduras da Qüdsdə səfirlik açacağını bəyan edib.

Femida.az xəbər verir ki, bu barədə 3 ölkənin - ABŞ, İsrail və Hondurasın dünən verdiykləri birgə açıqlamada qeyd olunub.

Honduras səfirlik açma barəsində yaxın zamanlarda ABŞ və İsraillə müzakirələrə başlayacaq.

Qeyd edək ki, Trampın qərarı ilə ABŞ- Qüdsü İsrailin paytaxtı kimi tanıdıqdan sonra bir sıra ölkələr buna sərt reaksiya versələr də, Qvatemala və Honduras bu qərarı dəstəkləmişdi.

Xatırladaq ki, Qvatemala bir müddət öncə öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürəcəyini elan etmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 438