Afinada iki məhbus həbsxanadan qaçıb


20:05     02 Yanvar 2019 turme-mehbus.jpg

Afinanın Koridallos həbsxanasından iki məhbus qaçıb.

Femida.az "report"-a istinadən bildirir ki, bu barədə Yunanıstanın Ədliyyə Nazirliyi məlumat yayıb.

"Yanvarın 2-si səhər Koridallos istintaq təcridxanasından iki məhbusun qaçışı baş verib, yunan polisi onların axtarışı ilə məşğuldur", - deyə məlumatda bildirilir.

Məlumata görə, həbsxanadan qaçanlar alban əsilli iki qardaşdır. Onlar yaşlı insanlara qarşı silsilə qarət əməllərinə görə həbs olunublar. Qardaşlar əvvəlcə qaldıqları otağın dəmir qəfəsini mişarla kəsiblər, daha sonra həbsxananın daxili həyətinə çıxmağa, oradan isə çanta hissələrindən hazırlanmış kəndirə qarmaq taxaraq hasarı aşmağa müvəffəq olublar.

Femida.az

Açar sözlər:

Oxunub: 353