5 nəfər fişəng və pirotexniki vasitələrin partlaması nəticəsində xəsarət alıb - Nazirlik


11:48     03 Yanvar 2019 partlayici.jpg


31 dekabr - 1 yanvar tarixlərində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 4754 nəfər müraciət edib.



Səhiyyə Nazirliyindən Femida.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 31-də 2356 nəfər, yanvarın 1-də isə 2398 nəfər təcili yardım çağırıb.

"Ümumi müraciətlər içərisində 5 nəfər fişəng və pirotexniki vasitələrdən ziyan çəkib. Onlardan 2-i yanıq, 3-ü əlin travması ilə müraciət edib. Bundan əlavə, 3 nəfər qida zəhərlənməsi ilə müraciət edib. Ümumi müraciətlərin 647 nəfəri uşaq olub", - deyə məlumatda qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 326