Universitetlərdə qərargah yaradılır - Nazir imtahanlarla bağlı əmr imzaladı


12:27     03 Yanvar 2019 2018/04/ceyhun-bayramov_1524644015.jpg

Ali və orta ixtisas təhsili müəssisələrində 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasını (bundan sonra imtahan sessiyası) mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin ediləcək.


Femida.az-ın məlumatına görə, bu barədə təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Əmrə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunması, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratmaları və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etmək tapşırılıb.


İmtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülməli, imtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakına şərait yaradılmalıdır.

İmtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat verilməlidir.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova tapşırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 546