Penitensiar Xidmətdən Mehman Hüseynovla bağlı son açıqlama:"O, qida da, su da qəbul edir..."
12:36 03 Yanvar 2019
Həbsdə olan video-bloqer Mehman Hüseynovun ona qarşı yeni ittiham irəli sürüləndən sonra aclıq aksiyasına başlaması barədə məlumat rəsmi təkzib olunub.
M.Hüseynovun yaxınları onun 8-ci gündür ki, yeməkdən imtina edərək quru aclıq aksiyası keçirdiyini bildiriblər.
Femida.az xəbər verir ki, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov “Qafqazinfo”ya açıqlamasında bu məlumatın doğru olmadığını bildirib: “Mehman Hüseynov qida da, su da qəbul edir. Yaxınları ilə telefon vasitəsilə əlaqə də saxlayır. O, aclıq aksiyası keçirmir. Səhhəti də normaldır, qanunla nəzərdə tutulan bütün hüquqlarından tam istifadə edir”.
Qeyd edək ki, M.Hüseynov polis barəsində böhtan xarakterli məlumat yaymaqda ittiham edilərək 2 il müddətinə azadlıqdan məhrum edilib. O, həbsdə olarkən PX əməkdaşını döyməkdə ittiham olunaraq barəsində yeni cinayət işi açılıb.
Məhkəmədə M.Hüseynovun bu cinayəti törətdiyi sübuta yetirilərsə, onu 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. M.Hüseynovun cəzasının bitməsinə 2 ay qalıb.
Oxunub: 344
Oxşar xəbərlər
- Penitensiar xidmət Saleh Rüstəmovun son durumunu açıqlayıb
- Penitensiar xidmətin əsgəri özünü güllələyərək intihar edib
- Penitensiar Xidmətin həbsxanasında nöqsanlar aşkarlandı
- Penitensiar xidmət qətlə yetirildiyi iddia edilən məhkumun ölüm səbəbini açıqlayıb
- Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yumurtanın içində narkotik keçirmək cəhdinin qarşısı alınıb
- Penitensiar Xidmət Tofiq Yaqublu ilə bağlı məlumat yaydı
- Penitensiar Xidmətdə xüsusi karantin şöbələri yaradıldı
- Penitensiar Xidmət həbs olunan icra başçısı haqqındakı məlumatları təkzib etdi
- Penitensiar Xidmətdə əsgər özünü güllələdi
- Penitensiar müəssisələrdə koronavirusla mübarizə yüksək səviyyədə təşkil olunub